Xalq artisti Zərnigar Ağakişiyeva vəfat edib

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.

FHN bildirib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasetmə qüvvələri mənzildə 72 yaşlı Zərnigar Ağakişiyevanın cəsədini aşkar ediblər.

Aktrisanın meyiti Bakıda, Yasamal rayonu ərazisində yaşadığı mənzildə FHN-nin xilasediciləri tərəfindən aşkarlanıb.

Aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib və onun ürək tutmasından keçindiyi müəyyən edilib.

Zərnigar Ağakişiyeva həm kino, həm teartda müxtəlif xarakterli rollar yaradıb.

O, Azərbaycan tamaçılarının xatirəsində “Atayevlər ailəsi”, “Kökdən düşmüş piano”, “Mehmanxana sahibəsi”, “Ötən ilin son gecəsi”, “Təhminə” kimi tamaşa və filmlərdə yaraTdığı obrazlarla qalıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir