Mənsur Şirvani

Mənsur Şirvani

Mansur Shirvani

Doğum tarixi: 05.03.1919
Yaşı: 61
Vəfat tarixi: 15.06.1980
Vəfat yeri: Moskva, SSRİ
Vətəndaşlıq: ADR, SSRİ

Müəllif: Elvin Rzayev
Sayt: Peoples.az

Mənsur Qulam oğlu Şirvani — manipulyator, illüzionist, heyvan təlimçisi 5 mart 1919-cu ildə doğulmuşdur. Azərbaycan SSRİ əməkdar artisti (1967). 1948-ci ildən estradada çıxış edib. 1950-ci ildə sirkdə işləməyə gəlib, 1952-ci ildən isə uzun müddət Azərbaycan sirk kollektivində işləyib. Mənsur Şirvani bir sıra orijinal fəndlərin müəllifi və ifaçısıdır (boş masanın üstündə çəpişin peyda olması, açılmış ipək örpəyindən beş canlı tutuquşunun çıxarılması və bir çox başqa şeylər).

Şirvani tək işləmirdi onun daimi partnyorları var idi. Bunlar arvadı Leyla Şirvani (1919 d) və qızı Cəmilə Şirvani idi (13.07.1941 d), Azərbaycan SSR əməkdar artisti (1988).

1965-ci ilin yayında Vladimir Durov ağır xəstələnir Mənsur Şirvani manipulyator kimi ilkin təcrübə keçərək V.Q. Durovun attraksionunu qəbul edir.

1967-ci ildə Azərbaycan SSR Əməkdar artisti adına layiq görülmüşdür.

O, qastrollarda (Monqolustan, Macarıstan, Çexoslovakiya) iştirak edirdi. 1969-cu ildə "İki təbəssüm" kinoalmanaxında macar hoqqabazı rolunda çəkilib.

Qızı Cəmilə 1979-cu ildə atası tərəfindən təlim olunmuş heyvanlar qrupunu qəbul etmişdir. Sonradan "Ekzotik heyvanlarla" (fil, kenquru, lama, qızılqaz, meymunlar və sair) öz nömrələrini yaratmışdır.

Mənsur Şirvani 15 iyun 1980-ci ildə vəfat etmiş və Moskvada, Mitinsk qəbirstanlığında dəfn edilmişdir.

Fokuslar və fokusçu. Yuri Arseniy Dmitriyevin qısa resenziyalarından

"Sovet sirki" (Советский цирк) jurnalı, 1961, № 12, səh. 14 – 15

«Azərbaycan artisti Şirvani öz nömrələrini daha da təkmilləşdirir. Onda bir sıra özünəməxsus fokuslar çıxıb. Biri xüsusilə cazibədardır: boş masanın üstünü örtürdü, bir saniyə içində örtük çıxardılır və masada çəpiş peyda olurdu. Belə bir fənd, deyəsən, daha heç bir hoqqabazda yoxdur. Və o Azərbaycan koloritinə Şirvani nömrələri də yaxınlaşır. Fikrimcə, gələcəkdə artist özünəməxsus olan bu milli yönümlü oyunlara xüsusi diqqət yetirməlidir.»

A.A.Vadimov və M.A.Trivasın “Qədimliyin sehrbazlarından günümüzün illüzionistlərinə qədər” kitabından, 1966, səh. 263

«Azərbaycan illüzionisti Mənsur Qulam oğlu Şirvani (1919) 1958-ci ildən sirkin manejində çıxış edir. Yaxşı manipulyator olan o, Azərbaycan xalq yaradıcılığının elementlərini öz proqramlarında quraraq böyük bədii taktla işləyir. Şirvani milli kostyumda çıxış edir. Onun nömrəsi canlı çəpişin kiçik masada gözlənilmədən peyda olması ilə başlanır. İllüzionistin əllərində butulkalar, tayqulplar, örpəklər, kartlar görünür və dərhal yoxa çıxırlar. O mayelərlə hoqqalar çıxarır. Şirvaninin fokuslararında milli xalq koloritlərindən istifadə etməsi onun çıxışlarına özünəməxsus bir rəng qatır.»

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir