Rahib Qədimov

Rahib Qədimov

Rahib Qadimov

Doğum tarixi: 1920
Yaşı:
Doğum yeri: Bakı, Azərbaycan SSR
Vəfat tarixi: 1988
Vəfat yeri: Bakı, Azərbaycan SSR
Vətəndaşlıq: Azərbaycan SSR

Sayt: Məşhur insanlar
Müəllif: Elvin Rzayev

Rahib Əliabbas oğlu Qədimov 1920-ci ildə anadan olmuşdur. Balaxanıdakı məktəbdə orta təhsil aldıqdan sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşdur. Rəssamlıq məktəbini bitirdikdən sonra ordu sıralarına çağırılmış və Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur.

Müharibədən sonra Rahib Qədimov uzun müddət respublikanın "Kommunist", "Bakinski raboçi", "Vışka", "Kirpi" və başqa qəzet və jurnallarında müntəzəm olaraq siyasi cəhətdən kəskin, sənətkarlıq nöqteyi nəzərindən yetkin karikaturalarla çıxış etmişdir. O çox cəld işləyən, məhsuldar rəssam kimi ad çıxarmışdı. Qəzetlərdən oxuduğu gündəlik siyasi məlumatlara, səhərisi gün karikaturaları qəzetlərdə çap olunurdu. Eyni zamanda Balaxanı məktəbində də dərs demişdir.

Onun "Müstəmləkə sistemin aqibəti", "Sirkə nə qədər tünd olsa, öz qabını çatdadar", "Müharibə aşiqi", "Xam xəyal", "Sözdə və işdə", "Gedər-gəlməz yol" və bir çox başqa karikaturaları sənətkarlıq və aktuallıq baxımından yüksək qiymətləndirilmişdir. O, həm Rəssamlar İttifaqının həm də Jurnalistlər İttifaqının üzvü idi. Balıq ovunu çox sevirdi. Onun adına Balaxanıda küçə var. Küçənin adını digər Balaxanılı rəssam Bayram Qasımxanlı vermişdir.

Rahib Qədimov "Qızıl qələm" mükafatina layiq görülmüşdür. Onun evliliyini dövlət öz üzərinə götürmüş, toyu Səadət sarayında qeyd edilmişdir. Milyonçu, xeyriyyəçi neft maqnatı Məşədi Kampanın nəvəsidir.

Rahib Qədimov 1988-ci ildə vəfat etmişdir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: